Kərimin ailəsində ŞADYANALIQ – Bir gündə iki toy olacaq

Müğənni Kərim Abbasovun ailəsində şadyanalıqdır. Sənətçi oğluna kiçik toy mərasimi edəcək.

Yenicag.az-a açıqlama verən müğənni bir gündə iki toy mərasiminin baş tutacağını deyib:

“Beş ildən sonra nəhayət ki, oğluma kiçik toy edəcəm. Belə uzun müddət gözləməyimin səbəbi var idi. İstəyirdim övladımın toyu qardaşımın övladı ilə eyni gündə olsun. Nəhayət ki, arzuma çatıram, eyni gündə həm oğlum, həm də qardaşımın balası müsəlman olacaq”.

Toyun aparıcısı Afaq Gəncəli və Elvin Elcan olacaq.

Cəvahir