Kərki kəndi və Göyçə gölünün bir hissəsi də Azərbaycana qaytarılacaq

Delimitasiya və demarkasiya illərin işidir.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Milli Arxivinin keçmiş direktoru, tarix elmləri doktoru Amatuni Virabyan bildirib.

“1976-cı ilin xəritələri ilə demarkasiya nəticəsində “anklavlar” adlanan ərazilər, o cümlədən Tiqranaşen (Kərki kəndi – red.), Sevan (Göyçə gölü – red.) gölünün bir hissəsi, demək olar ki, 15 faizi və Sünikin (Zəngəzur – red.) bir hissəsi Azərbaycana veriləcək. Amma ola bilsin ki, başqa şey də razılaşıblar, deyə bilmərəm”, – deyə ekspert qeyd edib.

COP29