!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kərkük-Türkmən Eli Türklük Şöləni" musiqili ədəbi-bədii gecə keçirildi - FOTOLAR/VİDEO

!Reklam – Yazi

Bu gün Rəşid Behbudov adına mahnı teatrında “Kərkük-Türkmən Eli Türklük Şöləni” musiqili ədəbi-bədii gecə keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən tədbiri açılış sözüylə VHP sədri, xalq şairi və ziyalı Sabir Rüstəmxanlı açıb.

O, türkçülüyün önəmini bir daha vurğulayıb.

VHP sədri qeyd edib ki: “Türk irqi Avrasiyanın sahibidir və bundan sonra da olacaq”.

Daha sonra çıxış edən İraq Türkmən cəbhəsinin lideri, Kərkük millət vəkili olan Ərşad Salihi tədbir iştirakçılarını salamlayıb.

O, Kərkükün də, Qarabağın da bir gün yenidən türk qövmünə qayıdacağına əmin olduğunu ifadə edib.

Çıxış edənlərin sırasında Türk Dünyası Araşdırmalar Vəqfinin Sədri Közhan Yazqan da olub.

Tədbirdə həmçinin türkiyəli professor Kürşad Zorlu, Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi və digər ziyalılar da iştirak edib.

Yığıncaq daha sonra konsert proqramıyla davam edib.

Tədbirin sonunda iştirakçılara plaketlər təqdim olunub.

 

www.yenicag.az

2217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv