Qüds həm İsrail, həm də Fələstinin paytaxtı olmalıdır.
Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.
O, həmçinin İsraili öz təhlükəsizliyini təmin etmək naminə Fələstin ərazilərinin işğalına son qoymağa çağırıb. C.Kerrinin sözlərinə görə, rəsmi Tel-Əviv və Fələstin muxtariyyəti sülh prosesinin nizamlanmasının pozulma təhlükəsinə görə məsuliyyət daşıyırlar.
“Nə məskunlaşma siyasətinin yeridilməsi, nə də terror bu prosesə uğur gətirə bilməz”, deyə C.Kerri bildirib.
Yeniçağ.Az