“Bayrağımıza uzanan iyrənc əlləri qırmağı bildiyimiz kimi, ölkəmizə sığınan məzlumlara da uzanan əlləri qırmağı da bilirik”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra mətbuata açıqlamasında deyib.
“Kəşfiyyat orqanlarımız çox ciddi bir iş aparır. Hansı kirli əllərin bu işlərin arxasında olduğunu ortaya çıxaracağıq”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyənin Kayseri şəhərində suriyalılarla türklər arasında toqquşmalar yaşanıb. Suriyada iaə Türkiyə hərbçilərinə hücum edilib.