!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəsilən hərbçi maaşlarından böyük koronavirus biznesinə: Gerçəklər… - “A-dan Z-yə Aqil Ələsgərlə” - VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 15-ci buraxışı ilə görüşünüzə gəlib.

Hərbçilərin maaşlarının kəsilməsi, məmur özbaşınalıqları, təhsil sahəsində baş verən dərəbəyliklər, koronavirusla mübarizə adı altında yaşananlara dair həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

Buraxılışın mətni:

Çörək tapmayanlar tort yesin

“Çörək tapmayanlar tort yesin”.  Bu məşhur sözün müəllifi 18-ci əsr Fransa kraliçası olsa da, olmasa da, fransız inqilabçıları bunu onun adına bağladılar və ehtiyac içindəki xalqla saray arasında uçurumu dərinləşdirərək Böyük Fransız İnqilabını bax beləcə gerçəkləşdirdilər.

Azərbaycanda dövlətlə xalq arasında uçurum yaradanlar arasında Marat, Robespyer olmasa da, Şərifov, Həsənov, Hüseynov, Tarif Şurasıyev, yəni, nə qədər istəsən ov və yevlər var və onlar dövlətə görünən düşməndən heç də az zərbə vurmurlar.

*

Hərbçi maaşına uzanan məmur əli…

İsti kabinetində, mini yubkalı katibəsinin gətirdiyi pürrəngi çayı içən iribuynuzlu məmurlar hərbçilərin maaşlarına əl qoydular. İlin sonu, gələn il filan ümumi aqressiyanı azaltmaq üçün deyilən sözlər idi və yanvardan etibarən, maaşlar kəsilməyə başlandı. Yəni, hər an düşmənin özü heç, basdırdıb cəhənnəm olub getdiyi minaya qurban getməyə potensial namizəd olan hərbçilərin maaşı qulaqlarından müharibənin uğultusu getmədən aşağı salındı. Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda qarın, çovğunun və təhlükənin altında xidmət edən Azərbaycan hərbi qulluqçusu Bakıda, JEK işçiləri kimi səhər işə gedib, axşam isti yuvasına dönəndən fərqləndirilməyəcək bundan sonra. Tamam, müharibədən çıxmışıq və dövlət xeyli borclanıb. Suyu, qazı, benzini bahalaşdırdınız, başa düşdük. Ancaq madam kəmər sıxılacaq, 125 deputatın ezamiyyə və digər xərclərini kəsin, qarın-boranın altında xidmət edən hərbçilərin maaşına əl uzadana qədər… Qənaət edəcəyiksə, nazirlərin və nazir müavinlərinin aylıq paketlərinə əl qoyun, əsgərin maaşına göz dikənə qədər…

Sırf devalvasiyalarla nə qədər ailə faciələrinə yol açdınız. İndi eyni prossesi əsgər ailələri üzərində tətbiq etməkdə məqsədiniz nədir, cənab nazirlər? Gərək bunun üçün də prezidentdən şapalaq yeyəsiniz? Özünüz insanlıq edib, bir səhvi aradan qaldıra bilmirsiniz?

*

Təhsilimizin işığını söndürüb, şam tutanlar…

Distant təhsil nə qədər eybəcərliklər vardı, hamısını tökdü ortaya. Dünyanın gündəmi NASA, Mars olarkən, bizim mövzumuz şam tutmaqdan o tərəfə getmirsə, təhsil sistemimizin günahıdır.

Bəli, Şamtutan söhbəti edən kim, uşağa çəmkirən, qaşınmayan yerdən qan çıxarmağa çalışan hicab düşməni olan kim. Əslində yüzminlik təhsil ordusunda bütün bunların olması da normaldı. İnsanlıq halıdır bəzi durumlarda. Hər adam əsəblərini yetərincə cilovlaya bilmir.  Anormal olan Təhsil Nazirliyinin iki dərədə, bir arada qalan məktəblərin qapısını yarıya qədər açmasıdır. Hazırda əsas problem budur.

Ya məktəblər normal qaydada açılsın, ya da onsuz da tikilmiş təhsilimizi bir dəfəlik dəfn edək. Düşünün, uşaq səhər tezdən sadəcə 2-3 dərs almaq üçün məktəbə gedir, ardınca, onlayn dərs başlayır. Ya normal təhsil alsın, ya da distant. Açığı, bu durumdan müəllimlərin də xoşlanmadığı qənaətindəyəm. Çünki müəllimi də iki dərədə qoyub Təhsil Nazirliyi. Nə normal tədrisə keçilir, nə də onsuz da bərbad olan internetlə onlayn dərslər tam heyətlə keçilir. Əvəzində isə valideynin əsəbləri ilə oynayırlar. Üstəlik, necə olur ki, yayda üç ay bağlı qalanda bütün təmir-tikinti işləri başa çatdırılan məktəblər 11 aydır bağlıdır və açılanda xəbərdar oluruq ki, birində kombi sistemi işləmir, digərinin başqa problemi var. Və bunları dilə gətirəndə, olursan fulbraytlı təhsil nazirinin fəaliyyətini gözü götürməyən… Əcəb epoxadır düşmüşük…

*

Gizlədilən böyük koronavirus gerçəkləri…

“Yoluxan sayı artdı”. “Hər yeri bağlamaqdan başqa yol yoxdur”. “Üçüncü dalğa gəlir”. “Beşinci dalğa daha dəhşətli olacaq”. “Şadlıq saraylarını açsaq, millət içib öpüşüb, koronanı yayacaq”.

Tam bir ildir ki, nəinki Azərbaycan, bütün dünya ÜST adlı bir dələduz qurumun və onun fərqli ölkələrdəki qulbeçələrinin əsiri olub. Davamlı olaraq qorxu içində saxlayırlar insanları. Statistikaya baxaq.

Dünya üzrə 110 milyondan çox insan bu xəstəliyə yoluxub. Onun sadəcə və sadəcə 2 faizi vəfat edib. Azərbaycanda koronavirusa yoluxan sayı 230 min civarındadır və bundan ölən sayı 1 faizdən bir az artıqdır və dünyaya nisbətdə ölüm halına görə, çox-çox irəlidəyik Oqtay Şirəliyev və Ramin Bayramlı müəllimlərə rəğmən. Ölümlərin böyük əksəriyyəti də digər xəstəliklərə görədir və koronavirusu gündəmə dürtmək üçün guya Çində çəkilmiş o camaat küçədə yıxılır-ölür videolarındakı kimi deyil.

250 minə çatan hansı xəstə o videolardakı kimi küçədə yoluxan kimi zombiyə dönüb, yerlərdə sürünüb? Bunların hamısı qorxu xofunu insanların ürəyinə salmaq üçün qurulmuş beynəlxalq səviyyəli bir oyundur.

Kimsə, bu xəstəlik yoxdur demir. Sadəcə, xəstəliyin ətrafındakı mif özündən dəfələrlə böyükdür və zərərlidir.

Bəli, qorunmaq, sosial məsafə lazımdır. Təkcə, koronavirusdan deyil, bütün xəstəliklərdən. Ancaq ömrümüzün sonuna qədər maska ilə dolaşmalıyıq?

Koronavirusla bağlı şüvən salanlar vərəmdən, qripdən və digər keçici xəstəliklərdən ölən saylarını niyə açıqlamırlar? Məsələn, 2020-ci ilin avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin statistikasına görə, qəzaya uğrayanların sayı koronadan ölənlərdən çoxdur. O zaman maşınları yandırıb, eşşək arabasınamı keçmək lazımdır? Üçüncü-beşinci dalğa-filan yoxdur əslində. Dövlətləri və xalqları zombi qruplarına çevirmək, iqtisadiyyatları yerlə bir edib, Dünya Bankına borclandırmaq istəyən bir şəbəkə var. Bir çoxu da bilmədən onların işinə gələn qorxu xofunun yaranmasına xidmət edirlər. Təbii ki, bundan pul tutan oğlanlar da var Ramin Bayramlı kimi.

5-10 dollarlıq testlər beş-altı dəfə bahasına satırlarsa, niyə pandemiya xofunu ortadan qaldırsınlar ki? Nəticədə sarsılan xalq və dövlətdir, biznesmen məmur üçün bu sadəcə alternativ və rahat pul mənbələrindən biridir. Çox əziyyət də çəkmirsən, cəmiyyətin inandığı üç-beş həkimdən fəlakət dəllalı kimi istifadə edib, qorxunu yayır, sonra da xımır-xımır o pulu yeyirsən… O qədər…

www.yenicag.az

3287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv