Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Şahdağ Süd və Ət” MMC-yə kəsim məntəqəsinin yaradılması layihəsi üzrə 650 min manat güzəştli kredit ayrılıb.
Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Xaçmazda icra olunacaq layihə 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək.