“Ermənistanda son 35 il ərzində qəsbkar və cani siyasətin önündə hər zaman kilsə xadimləri, eyni zamanda kilsənin birbaşa idarə etdiyi siyasətçilər gediblər. Bu mənada, Paşinyanın hakimiyyətə gəlişi zamanı kilsə ilə aralarında yaranan ziddiyətləri unutmaq olmaz”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanda baş verən aksiyalara başçılıq edən keşiş Baqratın Ermənistanın baş naziri Nikol Paşinyanın adamı olması ilə bağlı yayılan iddiaları şərh edən politoloq Aydın Quliyev deyib.
Onun sözlərinə görə, belə bir iddiaların ortaya atılması müəyyən qədər ziddiyətlidir.
“2018-ci ildə hakimiyyətə gələn Paşinyana qarşı çıxış edən ən böyük qüvvələrdən biri kilsə idi. Baş nazir elə vəzifəsini icra etməyə başladığı ilk günlərdən kilsəni proseslərdən uzaq tutmaq üçün addımlar atmağa başladı. Yəni hazırda kilsə ilə Paşinyan arasında gizli razılığın əldə olunması ehtimalı çox azdır”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli