Keşiş dindarların pulu ilə “zorlama narkotiki” aldı – QALMAQAL

Narkotik ticarətində suçlanan italiyalı keşiş Françesko Spanyezi ev dustağı edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Prato şəhərində yaşayan keşiş, 40 yaşlı Françesko Spanyezi narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur.

Məlumata görə, keşiş öz ortaqları ilə birlikdə “seksual xarakterli şənliklər” təşkil edərək, məclislərə tanışlıq saytlarından qonaqlar çağırıb.

Qeyd olunur ki, onlar həmin məclislər üçün xaricdən xüsusi qaydada “zorlama üçün narkotik” adlandırılan maddələr alıblar.

Ehtimala əsasən, Spanyezi narkotik maddələrinin alışı üçün kilsə ziyarətçilərinin verdiyi ianə pullarını xərcləyib.