Keşişin çirkin etirafı

67148Polşada keşişlərdən biri həbs edilib.

Yenicag anspress-ə istinadən bildirir ki, məhkəmə həddi-buluğa çatmamış oğlanların üzərində seksual hərəkətlər etdiyi üçün katolik keşişi yeddi il azadlıqdan məhrum edib.

Bundan başqa, məhkəmə 44 yaşlı keşişə həyatının sonuna kimi uşaqlarla işləməyi qadağan edib və onu psixoloji müalicəyə göndərib.

Keşiş 2012-ci ilin dekabrında həbs edilib. Uşaqla mehmanxanada olarkən keşişin davranışı hotel işçilərini şübhələndirib. Dərhal polisə məlumat verilib.

Hakim qarşısına çıxarılan keşişin günahı sübuta yetilrib. Bundan başqa keşiş etiraf edib ki, o, bir çox uşaqları zorlayıb.

COP29