“Qarabağ” sonda sevindi, “Sumqayıt”dan qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçirilib.

“Keşlə” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Bu oyunda qonaq komanda çətin qələbəyə sevinib.

Turun son matçında isə “Qarabağ” “Kəpəz”i qəbul edib. Qarşılaşmanın 85-ci dəqiqəsində Riçard Almeydanın vurduğu qol ağdamlılara minimal hesablı qələbə qazandırıb – 1:0.

Xatırladaq ki, ötən gün baş tutan ilk iki oyunda “Səbail” “Qəbələ”yə 2:1 hesabıyla qalib gəlibsə, “Neftçi” – “Zirə” matçı heç-heçə yekunlaşıb – 1:1.

Azərbaycan Premyer Liqası
17-ci tur
25 fevral

“Keşlə” – “Sumqayıt” 1:2
Qol: Rail Məlikov, 12-avtoqol – Tural Axundov, 3-pen. Rəşad Eyyubov, 90.
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov.
Bakı. “İnter Arena”.

“Qarabağ” – “Kəpəz” 1:0

Qol: Riçard Almeyda, 85
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov.
Bakı. “Azərsun Arena”.