Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Keşlə” uduzdu, “Neftçi” darmadağınla ikinci pillədə

Reklam: High Technic

Azərbaycan Premyer Liqasında XII turun son görüşləri keçirilib.

Yenicag.az xəbər verir ki, hər iki qarşılaşma Bakıda təşkil olunub.

Günün ilk oyununda Zirə İdman Kompleksinin stadionunda eyniadlı klub “Keşlə” ilə üz-üzə gəlib. Oyuna fəal başlayan meydan sahibləri 6-11-ci dəqiqələrdə Xulio Sezar Rodrigezın dubluna sevinib (biri penaltidən). 35-ci dəqiqədə Cavid Hüseynov fərqi 3 topa çatdırıb. İlk yarının əlavə vaxtında Ruslan Qurbanov fərqi azaltsa da, “Keşlə”nin bundan artığına gücü çatmayıb. Əvəzində 59-cu dəqiqədə Sezar Meza Kolli meydandan qovuulub. Bu qələbə sayəsində “Zirə” xallarını 14-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib.

Bu, iki komandanın 18-ci görüşü olub. 18 matçın 5-də “Zirə”, 5-də “Keşlə” qələbə qazanıbsa, daha 8-i heç-heçə ilə yekunlaşıb. Topların nisbətində “Zirə”nin üstünlüyü var – 20:18. Qəsəbə təmsilçisi ardıcıl 8 ev oyununda qol vurub. “Keşlə” ardıcıl 3 matçdı meydanı qolsuz tərk etmir.

Turun son oyunu isə “Bakcell Arena”da “Neftçi” və “Qəbələ” arasında baş tutub. 5 qolun vurulduğu oyunda meydan sahibləri 4:1 hesablı qələbə qazanıb. İlk yarıda Soni Mustivar, Ömər Buludov və Stiven Monroz “Neftçi”nin 3:0 hesablı üstünlüyünü təmin edib. Qalan iki qol isə matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə vurulub. 90+2-ci dəqiqədə Evangelos Platellas fərqlənib. İki dəqiqə sonra isə Donald Gerye qapıları səhv salaraq avtoqol müəllifi olub. Bu qələbədən sonra “Neftçi” ikinci pilləyə yüksəlib.

Bu komandalar arasında 46-cı matç olub. Bu oyunların 21-dən “Neftçi”, 16-dan “Qəbələ” qalib ayrılıbsa, daha 9 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində “flaqman”ın üstünlüyü var – 65:58. “Ağ-qaralar” 11 oyundu meydanı qolsuz tərk etmir.

Qeyd edək ki, turun ilk 2 oyununda “Sumqayıt” evdə “Qarabağ”a 2:1, “Sabah” isə səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.

Premyer Liqa
2018/19 mövsümü
II dövrə, XII tur

24 noyabr

Zirə – Keşlə 3:1

Qollar: Xulio Sezar Rodrigez, 6-pen. 11. Cavid Hüseynov, 35 – Ruslan Qurbanov, 45+4.
Qırmızı vərəqə: Sezar Meza Kolli, 59.
Zirə: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodrigez, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Zaur Həşimov.

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Zirə İdman Komleksinin stadionu.

Neftçi – Qəbələ 4:1

Qollar: Soni Mustivar, 17. Ömər Buludov, 24. Stiven Monroz, 35. Evangelos Platellas, 90+2 – Donald Gerye, 90+4.
Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 25. Kiril Petrov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 18. Tural Axundov, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 65. Əmrah Bayramov.
Baş məşqçi: Roberto Bordin.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Azər Bağırov.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bakcell Arena”. /qaynarinfo/

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

453
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM