!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Finalın adı: "Qəbələ" - "Keşlə"

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, öncə “Sumqayıt” və “Keşlə” klubları qarşılaşıb. Bakıda baş tutan ilk oyunda 1:0 hesabıyla qalib gəlmiş paytaxt təmsilçisinə səfərdə hətta heç-heçə də sərf edirdi. Sumqayıt təmsilçisi isə mütləq iki top fərqi ilə qələbə qazanmalıydı. Lakin qarşılaşma heç-heçə başa çatıb və “Keşlə” ilk finalçı olub.

Son finalçının adına isə “Neftçi” – “Qəbələ” oyununda aydınlıq gəlib. Paytaxt klubu səfərdə 2:1 hesabıyla qələbə qazandığından, doğma meydanda nəinki heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət sayəsində də finala yüksələcəkdi. Qəbələlilər isə mərhələ adlamaq üçün mütləq sərfəli hesabla qalib gəlməliydilər. Cavab görüşündə də hesabı paytaxt klubu açıb. Lakin qalan dəqiqələrdə böyük əzmkarlıq nümayiş etdirən “Qəbələ” ardıcıl üç qol vurmaqla “Neftçi”ni mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Qonaqlar hətta bir penaltini də boşa veriblər.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
18 aprel (çərşənbə)

“Sumqayıt” – “Keşlə” 1:1 (ilk oyun 0:1)
Qollar: Cavid İmamverdiyev, 64 – Sezar Meza Kolli, 62.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov.
Sumqayıt. “Sumqayıt Arena”, 17:00.

“Neftçi” – “Qəbələ” 1:3 (2:1)
Qol: S.Mustivar, 10 – B.Dabo, 20; 30. C.Hüseynov, 61-pen.
Matçın 85-ci dəqiqəsində S.Monroz penaltidən yararlana bilməyib – kənara.
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
Bakı. 8-ci km stadionu, 20:00.

www.yenicag.az

1336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv