“Keşlə”dən “Zirə” üzərində əzmkar qələbə – VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.

Yenicag.az xəbər verir ki, turun ilk oyununda “Keşlə” evdə “Zirə” ilə qarşılaşıb.

Oyunda hesabı qonaqlar açıblar. Lakin ikinci hissədə ardıcıl iki qol vuran meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Turun digər oyunları sabah keçiriləcək: “Səbail” – “Kəpəz”, “Neftçi” – “Qəbələ”, “Sumqayıt” – “Qarabağ”.

Azərbaycan Premyer Liqası
24-cü tur
21 aprel

“Keşlə” – “Zirə” 2:1
Qol: Andre Klennon, 50. Vaqif Cavadov, 69 – Milan Duriç, 36-pen.
Hakimlər: Orxan Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Rəşad Əhmədov.
Bakı. “İnter Arena”.