!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Keşlə"nin əməkdaşlarından xanım azarkeşə qarşı HÖRMƏTSİZLİK: "Xanımam deyə gücsüz bilib..." - TƏFƏRRÜAT

!Reklam – Yazi

Ötən gün Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində “Keşlə” “ASK Arena”da “Qəbələ”ni qəbul edib və 2:3 hesabı ilə məğlub olub.

Matçı izləyənlər arasında olan “Qəbələ” azarkeşi Sevinc Novruzova “Keşlə” klubunun əməkdaşları tərəfindən tribunadan qovulduğunu bildirib. O, bu barədə “Facebook”da məlumat yayıb.

Məsələni dəqiqləşdirmək üçün xanım azarkeşlə əlaqə saxladıq. Novruzova Fanat.Az-a açıqlamasında hadisəni belə təsvir etdi:

“Oyundan 40 dəqiqə əvvəl stadiona çatdım. Sumqayıtdan gəldiyim üçün gecikməyim deyə tez çıxmışdım. Ancaq stadiona vaxtından əvvəl çatdım. İlk oturduğum yerə “Keşlə”nin iki işçisi gəldi və kobud şəkildə “Sənin yerin oradı” deyə əli ilə qapının arxasını göstərib məni bir növ qovdu. Nəzakətsizlik, mədəniyyətsizlik də öz yerində. Bu zaman polis əməkdaşları gəldi. Hardasa 5-6 nəfər. Hər biri ayrı-ayrılıqda mənə “Burdan getməlisən” dedilər. Səbəbini soruşanda isə, “Keşlə”nin işçisi elə dedi bildirdilər. Sözügedən “Keşlə” əməkdaşlarından birinin adı Tural Hüseynəliyev, digər isə özü təqdim etmədi, ancaq kənardan çağırılanda adının Emin olduğunu eşitdim. İlk öncə klubuma cərimə yazılar və ya problem yaşanar deyə səs-küy olmamasına çalışdım. Həm də düşündüm ki, bəlkə pandemiya vaxtıdır deyə qanun dəyişilib. Ona görə sakitcə başqa yerə keçdim. Onu da qeyd edim ki, oyundan əvvəl gəldiyimdən nə bir şüar, nə bir bayraq açılması, bir sözlə rəqibi qıcıqlandıracaq heç bir addımım olmamışdı. Bayrağım açılmamış vəziyyətdə oturmuşdum.

Ancaq yerimi dəyişdikdən sonra da bu ikili məndən əl çəkmədi. Yenə gəlib “Get sənin yerin oradır, sənin kimilər ordadır” deyə mənimlə kobud rəftar etdilər. Məsələ burasındadır ki, həmin sektorda ən azı 15 nəfər “Qəbələ”li vardı. Geyimlərindən də bəlli idi. Anlamadığım odur ki, yerimi dəyişdirdiyim halda, məndən başqaları da var ikən niyə yalnız mənə qarşı göstəriş oldu ki? Qanun tək mənə şamil olunur? Ya xanımam deyə belə ayrıseçkilik edilir? Bəlkə digər həmcinslərinə gücləri yetməyib, ancaq mənə deyiblər. İstənilən halda o stadionda, o sektorda mən tək deyildim. Buna rəğmən məni “qaralama”ları, xanımam deyə gücsüz bilib qorxutmaqları özümə də qaranlıq qaldı. İnanın, oyun ərzində dəfələrlə Emin adlı “Keşlə” işçisi sağa-sola gedəndə qorxurdum ki, yenə gəlib deyəcək “Get burdan!”.

Bildiyim qədəri ilə hər iki komandanın azarkeşlərinin istənilən yerdə əyləşmək haqqı var. Neytral yerdə oturub oyuna baxmaq niyə bu qədər problem yaratsın ki? 7-8 ildir stadionlara gedirəm, rəqib klubların da stadionlarında olmuşam, ancaq bu günə kimi belə hörmətsizlik görməmişdim. Onu da “Keşlə”nin 2 qoçu işçisinin sayəsində gördüm. Xanıma gücləri yetəcək qədər qoçuluqlarının da şahidi oldum. Təəssüf…”

Sevinc Novruzovanın şikayətini “Keşlə” klubuna bildirdik. Paytaxt təmsilçisinin mətbuat katibi Səbuhi Məmmədov saytımızda açıqlamasında bildirdi ki, “Biz heç kimə qarşı hörmətsizlik etməmişik, sadəcə, həmin xanımın “Qəbələ” azarkeşi olduğunu görüb onu azarkeşlərin olduğu yerdə əyləşməsini xahiş ediblər. Bunu da polis əməkdaşları xahiş ediblər. Sevinc xanımı mən də tanıyıram. Amma mənə verilən məlumata görə, Sevinc xanım, matçın sonunadək əyləşdiyi yerdən oyuna baxıb. Sadəcə, təhlükəsizlik məsələsinə görə xahiş olunub ki, “Qəbələ” azarkeşlərinin dayandıqları yerdə əyləşsin”.

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv