Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışmada – 8 əsgər öldü

Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ən azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi həlak olub. 

Yenicag.az xəbər verir ki, toqquşma nəticəsində xeyli sayda yaralının olduğu və istehkamların dağıdıldığı bildirilir.

Hindistanın ANI agentliyi öz mənbələrinə istinadən Hindistan ordusunun əsgərlərinin ölümü ilə bağlı məlumatı təkzib edib, üç Pakistan hərbçisinin həlak olduğu barədə məlumatları isə təsdiqləyib./Report/