!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keyfiyyət aşağı, qiymət baha ... - Yarmarkaların bugünkü siması

!Reklam – Yazi

Azərbaycanın Bakı və Sumqayıt kimi iri şəhərlərində artıq bir neçə ildir ki, bayramlar ərəfəsində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunur. Novruz bayramı ilə əlaqədar olaraq martın 16-19 arasında sözügedən iki şəhərdə yarmarkalar təşkil ediləcək. Görəsən, bu yarmarkalar məhsulun keyfiyyəti və ucuzluğu baxımından əhalinin arzularını nə dərəcədə təmin edə bilir, ya da ümumiyyətlə edirmi?

Yeniçağ.az-a açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirdi ki, yarmarkalarda satılan məhsullar keyfiyyət göstəricisi və qiymət baxımından istehlakçının marağına cavab verən səviyyədə deyil:

“Yarmarkalara məhsul çıxartmaq üçün il ərzində onun istehsalı ilə məşğul olmaq gərəkdir. Azərbaycanda statistik məlumatlara görə cari ilin yanvar-fevral aylarında fındıq, qoz, badam, şabalıd, püstənin idxalı əvvəlki ilə nisbətən 20 faizə qədər artıb. 2016-cı ildə isə bu fonda artım 2015-ci ilə nisbətən iki dəfə artıq olub. Amma dünya bazarında bu məhsulların qiymətində enmələr var. Bu da bir sıra ölkələrdə alıcılıq qabiliyyətinin aşağı düşməsi, milli valyutaların dəyərini itirməsilə bağlıdır. Azərbaycanda istehsalda da azalma var. Şabalıd istehsalı iki dəfədən çox azalıb. Qoz istehsalında da geriləmə baş verib. Ancaq ümumi götürəndə ölkədə məhsul artımı və alıcılıq qabiliyyətinin düşməsi qiymət enmələrinə təsir göstərmir. Bu, ümumiyyətlə onunla bağlıdır ki, ölkədə dayanıqlı istehsal yoxdur. Bazar münasibətləri normal qaydada formalaşmayıb.

Belə amillər ticarətlə məşğul olanlara qiyməti stabil saxlamağa imkan vermir. Digər tərəfdən, bu gün ölkədə ticarətlə məşğul olanlar həddən artıq çoxdur. Bu çoxluq da onların gəlirlərinin istehlakçının alıcılıq qabiliyyəti hesabına tənzimlənməsi yolunda ciddi problem yaradır. Kifayət qədər istehlakçı olmadığından alverçilər gəliri yalnız qiymət artımı hesabına əldə etməyə çalışırlar. Bu halda yarmarkaların təşkili ticarətlə məşğul olanların sayını bir qədər də artıracaq. Say artımı fonunda, məhsul qıtlığı olduğundan, yarmarkalarda satışla məşğul olanlar da malı daha yüksək qiymətlərlə təklif edirlər. Dəfələrlə bildirmişik ki, yarmarkalar onsuz da ölkədə dəfələrlə çox olan ticarət obyektlərinin sayını daha da artırır. Burada demək olar ki, ölkə daxilində istehsal olunan məhsullar təklif edilir. Yarmarkalarda qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun deyil. Keyfiyyəti də yaxşı hesab oluna bilməz. Kənd Təsərrüfatı Nazirliyinin əsas işi aqrar siyasətlə məşğul olmaq, fikrini istehsalın artımına yönəltməkdir. Aqrar siyasət düzgün aparılarsa, kənd təsərrüfatı məhsullarının satışı da normal həyata keçəcək. Belədə bazar öz qanunları ilə tənzimlənəcək. Müdaxilə yolu ilə bazarda tənzimlənmə aparmaq mümkünsüzdür. 10 ildən çoxdur ki, ölkədə yarmarkalar təşkil olunur. Ancaq keyfiyyət və qiymətlərin əhalinin alıcılıq qabiliyyətinə cavab verməsi baxımından isə nəticə demək olar ki, yoxdur”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

892
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv