Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Keyfiyyətli avtoyuma və servis: Bunun üçün nə lazımdır?

Avtoservis və avtoyuma xidmətləri ölkədə geniş yayılmış fərdi sahibkarlıq fəaliyyətlərindəndir. Bunun əsas səbəbi qeyd olunan xidmət sahəsinin sınanmış biznes növü olmasıdır. Tələbin artmasına uyğun olaraq bu sahədə göstərilən xidmət dairəsi daim genişlənir.

Məhəllələrdə xidmət göstərən avtoservislərlə müqayisədə rəsmi servislərin təklif etdiyi xidmət daha peşəkar və keyfiyyətli olmaqla yanaşı, həm də təhlükəsiz və ətraf mühit üçün zərərsizdir. Adətən, rəsmi servislərin mövcud olduğu ərazi, əsasən, daha geniş və fəaliyyət istiqamətinə uyğun seçilir.

Lakin yaşayış sahələrinə yaxın və daha çox qazanc əldə etmək məqsədilə fəaliyyət göstərən avtoyuma məntəqələrində bir çox amillər nəzərə alınmır. Belə olduqda, bir müddətdən sonra müəyyən fəsadlar özünü göstərməyə başlayır. Yaşayış sahələrinə yaxın ərazilərdə fəaliyyət göstərən servis, avtoyuma obyektləri ilə bağlı problemlərə Bakıda daha çox rast gəlinir.

Əhalinin böyük əksəriyyəti istər fərdi evlər, istərsə də yaşayış binaları yaxınlığında xidmət göstərən servis və avtoyuma məntəqələrindən narazıdır. Belə kiçik məntəqələrdə qiymətlər rəsmi servislərlə müqayisədə daha ucuz olduğundan, bu obyektlərə müraciət edən sürücülər sadəcə, həmin ərazilərdə yaşayan sakinlərdən ibarət olmur.

Bu da nəticə etibarilə, həmin yaşayış sahələrində həm tıxaca, həm də çirkab suların axıdılmasına səbəb olur. Yaşayış ərazilərində fəaliyyət göstərən servis, avtoyuma məntəqələri qarşısında yaranan növbələr qəza şəraiti də yarada bilir. Bununla yanaşı, həyətə daxil olan avtomobil digərinin hərəkətini məhdudlaşdırmaq və ya başqa bir nəqliyyat vasitəsinin “yer”ində park etməklə, həmin ərazidə yaşayan sakinlərdə narazılıq yaradır.

Yaşayış ərazilərində fəaliyyət göstərən servis, avtoyuma məntəqələri qarşısında yaranan sıxlıq həm də piyadaların rahat şəkildə hərəkətinə mane olur. Yaranmış şərait həyətyanı sahələrdə oynayan uşaqlar və valideynlər üçün də arzuolunmazdır. Avtoservis məntəqələrinin tullantıları, eləcə də avtoyuma obyektlərinin çirkab suları ərazidə xoşagəlməz görüntüyə səbəb olmaqla yanaşı, ekoloji mühitə də böyük ziyan vurur.

Bu baxımdan, yaşayış sahələrinə yaxın ərazilərdə fəaliyyət göstərən servis, avtoyuma məntəqələrinin heç bir narahatlıq yaratmadan və daha peşəkar, yüksək keyfiyyətli xidmət göstərməsi üçün müəyyən addımlar atıla bilər.

Belə ki, yaşayış sahələri yaxınlığında fəaliyyət göstərən bu tip obyektlərin sahiblərinə biznes fəaliyyəti üçün alternativ zonaların təklif olunması problemin optimal həllinə şərait yaradar.

Bundan başqa, rəsmi avtoservislərdəki qiymətlərin daha əlçatan olması da fərdi ev və yaşayış binaları yaxınlığında fəaliyyət göstərən servis, avtoyuma məntəqələrinin xidmət keyfiyyətinin artırılması və lazımi tələblərə uyğunlaşdırılmasında mühüm rol oynaya bilər.

Loading...

www.yenicag.az

1659
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100