Keyfiyyətli serial üçün büdcə ŞƏRTDİR? – “Bir adama milyon ver, əgər o…” – Kənan M.M

 

Son vaxtlar bir çox aktyorlar tərəfindən tez-tez belə fikirlər səsləndirirlər ki, baxımlı, maraqlı və keyfiyyətli seriallar üçün birinci şərt büdcənin yüksək olmasıdır. Onlar hesab edir ki, belə olan təqdirdə, çəkilən yerli seriallar heç də Türkiyə və əcnəbi seriallarından geridə qalmaz.

Mövzu ilə bağlı Yenicag.az-ın sualını cavablandıran tanınmış aktyor və rejissor Kənan M.M bu fikirlə razılaşmadığını deyir. O, hesab edir ki, keyfiyyət üçün yalnız maliyyə kifayət etmir. Ortaya səviyyəli iş çıxarmaq üçün mükəmməl ssenari və peşəkar komandanın da olması mütləq şərtdir:

“Hesab edirəm ki, büdcənin rolu yüzdə əllidir. Bir adama milyon ver, əgər onun istedadı yoxdursa, ssenari zəifdirsə, heç nə çəkə bilməyəcək. Bir də bəzi telekanalların şərtləri də var ki, onlar da maneə yaradır. “O olmaz, bu olmaz”lar olmazsa, ortaya daha keyfiyyətli iş çıxarmaq olar”.

Cəvahir

COP29