Keyfiyyətsiz alkoqol qurbanlarının sayı 140-a çatdı

Hindistanın Assam ştatında keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 140 nəfərə çatıb.

Yenicag.az-ın məlumatına görə, bunu ştatın səhiyyə naziri Himanta Bisva Şarma deyib. Onun sözlərinə görə, daha 300 nəfər xəstəxanalardadır, bəzilərinin vəziyyəti ağırdır.

“Ölənlərin sayı hər dəqiqə ilə artıq”, – deyə nazir bildirib.

Xatırladaq ki, hadisə qurbanları əsasən Assam ştatının çay sahələrinin işçiləri olub. İşçilər əmək haqqının alınmasını qeyd edərkən tərkibində metanol olan likör içiblər.