“Ucuz kosmetik vasitələrin tərkibindəki kimyəvi elementlər bədənin müxtəlif yerlərində səpkilərin və qızartıların yaranmasına səbəb ola bilər”.
Bu fikirləri ucuz kosmetik vasitələrin insan orqanizminə zərərləri barədə danışan həkim-dermatoloq Kənan Əhmədov Yenicag.az- a açıqlamasında deyib.
Onun sözlərinə görə, kosmetik vasitə alarkən, onun mənşəyinə və sertifikatının olub-olmamasına diqqət etmək vacibdir:
“Bu məhsullar görünüşcə bahalı və keyfiyyətli nümunələrdən fərqlənməsə də, belə yararsız vasitələr müxtəlif dəri xəstəliklərinin əmələ gəlməsinə, xüsusilə, allergik-dermatik xəstəliklərə və ekzemaya yol aça bilər.
Ucuz kosmetik vasitələrin tərkibindəki kimyəvi elementlərin bədənin müxtəlif yerlərində səpki yaratmaq riski yüksəkdir. Həmçinin həmin kosmetik məhsulun istifadə edildiyi nahiyədə qaşınma və qızartıların yaranmına səbəb olar.
Buna görə də ucuz məhsullardan istifadə etmək tövsiyə olunmur. Hesab edirəm ki, keyfiyyətə verilən önəm qiyməti üstələməlidir. Kosmetik vasitə alarkən, onun mənşəyinə və sertifikatının olub-olmamasına diqqət etmək vacibdir”.
Nuray Məmmədzadə