Keyfiyyətsiz məhsullar, stress və mikrob infeksiyalarının yaratdığı ciddi problemlər – İnsanlar necə qidalanmalıdır?

Qeyri-düzgün qidalanma, keyfiyyətsiz məhsulların qəbulu, mikrob infeksiyaları, stress vəziyyətləri və digər amillər bağırsaqda ciddi problemlər törədir. 

İlk baxışda yüngül görünən əlamətlər gələcəkdə sağlamlıq üçün təhlükə törədə bilər.

Həkim Çinarə Səfərova bildirib ki, bağırsağında patologiya olan insanlara bu qidalardan istifadə etmək məsləhət görülmür.

– kimyəvi qidalar

– qızardılmış və qovrulmuş qidalar

– hisə verilmiş və ədviyyatlı qidalar

– qıcıqlandırıcı maddələr

– quru qida məhsulları

– noxud, lobya

– qaz, ördək, yağlı qoyun əti

– turşular

– konservlər

– ayaqüstü yeyilən küçə yeməkləri

Belə xəstələrin xüsusi rasionu olmalıdır, oraya daxildir:

– sadə və kəsmikli peçenyalar

– düyü, vermeşil supları

– yağsız və suda bişmiş mal əti

– suda bişmiş toyuq

– suda bişən mal dili

– südlü blinçiklər

– qarabaşaq

– kartof püresi

– yağsız parda və suda bişən balıq

Ç.Səfərova onu da əlavə edib ki, bağırsağında problemləri olan xəstələr limon, apelsin kimi sitrus meyvələri, şirniyyatın tərkibində və ya jele şəklində yeməlidirlər:

“Unutmaq olmaz ki, müalicələrdən sağalan bağırsaq qida rasionunu pozduqda yenidən qıcıqlanır və xəstəliyin əlamətləri geri qayıda bilir. Buna görə də belə xəstələrə pəhrizinə qarşı diqqətli olmağı məsləhət görülür”.