2011-ci ildə Şahzadə Vilyamla evlənərək, kral ailəsinə daxil olan Keyt Midlton yenidən gündəmdədir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya Kral Evinin gəlini dördüncü dəfə hamilədir.
6 yaşlı Georq, 4 yaşlı Şarlotta və 1 yaşlı Lui adlı 3 övladı olan Midltonun 4-cü hamiləliyi yaxın vaxtlarda elan ediləcək.
Kral sarayından xəbərlər yazan Aranzazu Santos Lopez Kembric şahzadəsi Keyt Midltonun son zamanlar müşahidə edilən görünüşünün qadının hamilə olması haqda düşünməyə əsas yaratdığını qeyd edib.
Müxbirin yazsığına görə, Midltonun saç rəngi onun hamiləliyini bəyan etmək üçün istifadə etdiyi bir simvoldur. Çünki bundan əvvəlki hamiləliyində də saçlarını açıq və parlaq rəngə boyayan Keytin ötən gün qızını məktəbə apararkən saçlarında müşahidə edilən dəyişiklik onun hamiləliyinə işarə olub.
Keyt Midlton bütün hamiləliklərində saç rəngini və modelini dəyişdirib. Məlumatlara görə, Midltonun yaxında analıq məzuniyyətinə çıxmaq ehtimalının yüksək olduğunu göstərən başqa bir nüans da var.
Belə ki, kraliça və ailə üzvlərinin iştirak edəcəyi görüşlər hər zaman əvvəlcədən açıqlanır. Midltonun planlaşdırılan görüşlərin çoxunda iştirak etməyəcəyinin müəyyənləşməsi də onun hamiləliyinin təsdiqi kimi qiymətləndirilir.
İddialara görə, Midlton da kraliça II Yelizaveta kimi 4 uşaq dünyaya gətirmək istəyir. Odur ki, Midltonun ayaqqabı dabanlarının yüksəkliyindən tutmuş iştirak etdiyi görüşlərdə yeyib-içdiklərinə qədər, hər şey xüsusi nəzarətdədir.
Firuzə Alimova