Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Kibercinayətkarlar bank əməkdaşları ilə əlbir olub...” - Keçmiş MTN zabiti

Reklam: High Technic

“Bu tip cinayətləri hadisə baş verən anda, yaxud da qısa müddət ərzində aşkarlamaq olduqca çətindir”.

Bu fikirləri Yenicag.Az-a açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ölkə xaricində mütəşəkkil kibercinayətkar qrupu ifşa etməsi haqda xəbəri şərh edən keçmiş MTN zabiti İlham İsmayıl deyib.

Onun fikrincə, texnoloji inkişafın yüksək səviyyəsi dünya miqyasında kibercinayətkarlığın genişlənməsinə səbəb olub:

“Bu, texnoloji inkişafla şərtlənən olduqca spesifik cinayət növüdür. Xüsusi intellektual hazırlıq tələb edən bu cinayətə qarşı mübarizə aparmaq heç də asan deyil.

Dünyanın inkişaf etmiş ölkələrində də zaman-zaman müxtəlif banklardan, zəngin insanların hesablarından milyardlarla pulun kibercinayətkarlar tərəfindən oğurlanmasına dair məlumatlarla rastlaşırıq. Yəni kibercinayətkarlıq müasir dövrümüzün bir reallığıdır.

Problem ondadır ki, kibercinayətkarlar banklara internetlə müdaxilə edib, hesablardan külli miqdarda pul çıxaran zaman o qədər səliqəli, tədbirli işləyirlər ki, həmin cinayəti uzun müddət aşkarlamaq mümkün olmur.

O baxımdan, Azərbaycan banklarına xaricdən müdaxilə edərək, iri həcmdə pul vəsaitini qanunsuz mənimsəyən kibercinayətkar dəstənin ifşa olunması, onun bir üzvünün ölkəyə ekstradisiya edilməsi müsbət haldır”.

Keçmiş MTN zabiti hesab edir ki, kibercinayətkarların konkret bankın rəhbərliyi ilə olmasa da, hansısa əməkdaşları ilə əlbir işləmələri istisna edilmir:

“Mənə belə gəlir ki, özünə hörmət edən bank rəhbərliyi kibercinayətkarlarla bu cür sövdələşməyə getməzlər. Çünki belə faktların aşkarlanması həmin bankın müştəri etimadını itirməsi, nəticə etibarilə sıradan çıxmasına səbəb olar.

Eyni zamanda, hər hansı vəzifəli şəxsin də bu formada cinayətkarlarla işbirliyinə getmələri o qədər də inandırıcı deyil. Bununla belə, hansısa bank əməkdaşının kibercinayətlərdə iştirakı istisna edilmir”.

Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsiAzərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə, 3.700.000.000 (üç milyon yeddi yüz min) manatdan artıq vəsait oğurlandığı barədə məlumat yayıb.

Məlumata görə, digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyən edilib.

Fakt üzrə toplanan materiallar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa olunub.

Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılaraq, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycana ekstradisiya olunub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

487
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM