Kibercinayətkarlığın yeni forması müşahidə olunur – DİN-dən XƏBƏRDARLIQ

Kibercinayətkarlığın yeni forması müşahidə olunur. Hər bir vətəndaş diqqətli olmalıdır.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında deyilir.

Məlumata görə, iyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb. İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs müəyyən olunaraq tutulub.

 

COP29