Yevlaxda kibercinayətkarlığa qarşı tədbirlər görülür.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində kiber üsullarla vətəndaşların pulunu mənimsəyən 6 nəfər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib. Zərərçəkmiş şəxslərə dəymiş 20 min manata yaxın maddi ziyanın təqsirkar şəxslər tərəfindən ödənilməsi təmin olunub.
Eyni zamanda rayon ərazisində profilaktiki tədbirlər də keçirilib. Kibercinayətlər törədənlərin istifadə etdiyi üsullar vətəndaşların diqqətinə çatdırılıb. Bankomatların ətrafında xəbərdaredici lövhələr quraşdırılıb.