Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) çörək istehsalı müəssisələrində keçirilən monitorinqlərin nəticəsini açıqlayıb.
AQTA-dan Yenicag.az-a verilən məlumata görə, cari dövr ərzində 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb.
Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı 2 müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub. 9 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı 47 nöqsan aşkar edilib. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Sözügedən müəssisələrdən 3-də ciddi pozuntular aşkar edildiyinə görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Laborator nəticələri uyğunsuz olan çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:
№
Müəssisə
Ünvan
1
“Magnat Group” MMC
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a
2
Fiziki şəxs Yusubova Təhminə Yusub qızı
Abşeron rayonu, Məhəmmədi kəndi
3
Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu
Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30
4
Fiziki şəxs Hacıyev Fazil
Bəhlul oğlu
Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7
5
Fiziki şəxs Rəcəbov Qurban
Malik oğlu
Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27
6
Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı
Gəncə şəhəri, N.Nərimanov küçəsi 54
7
“Arizoğlu” MMC
Gəncə şəhəri, 1-ci mkr
8
“Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi
Füzuli rayonu, Horadiz şəhəri
9
“Bərdə-Çörək” ASC
Bərdə rayonu, S.Vurğun küçəsi 18
10
Fiziki şəxs Məmmədova
Arzu Nəsir qızı
Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov
küçələrinin kəsişməsi
11
Əhmədov Elnur Namizəd oğlu
Yevlax şəhəri, H.Əliyev prospekti 101
AQTA qeyd edir ki, laborator nəticələri uyğunsuz olan çörək məhsullarının istifadəyə yararlılığı qida təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmir.