Kikboksçumuz qızıl medal qazandı

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.

Rəqibinə aşkar üstünlüklə – 3:0 qalib gələn kikboksçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.