!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kılıçdaroğlu Xocalıdan danışdı - "Azərbaycanlı qazilərə arabalar apardıq" - VİDEO

!Reklam – Yazi

“26 il əvvəl Xocalıda bir qətliam yaşandı. Yüzlərlə azərbaycanlı qardaşımız qətlə yetirildi”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasının qrup toplantısında çıxışı zamanı Kamal Kılıçdaroğlu deyib. CHP sədri çıxışında hər zaman Azərbaycanın yanında olduqlarını bildirib:

“Onların acıları acımız, dərdləri dərdimiz, sevinci də sevincimizdir. Biz bu qətliamı unutmadıq. Xocalıda həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Müharibədə yaralanan qazilərimizə şəfa diləyirəm. Onlara şükran borcumuz var. Mən dövlətdə baş direktor vəzifəsində çalışarkən (Kılıçdaroğlu siyasətə gəlməzdən öncə Dövlət Sosial Sığorta Qurumunun baş direktoru idi – red.), mərhum nazir Nami Çağanla birlikdə qazilərə arabalar apardıq. Türkiyə xalqının ürəyi Azərbaycanla birlikdə atır. Bunu ifadə etməkdən qürur və şərəf duyuram”.

Qeyd edək ki, Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin təşkilatçılığı ilə Ankarada görüşlər keçirən Xocalı heyəti parlamentdə hakim AKP-dən sonra Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə də görüşüblər.

www.yenicag.az

3606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv