Kılıçdaroğludan qaydalara zidd daha biraddım

Türkiyədə prezident və parlament seçkilərində təbliğat kampaniyasının bu gün yerli vaxtla saat 18:00-da dayandırıldığı bildirilsə də, Kamal Kılıçdaroğlu 19:00-da bu qadağanı pozub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Belə ki, Kılıçdaroğlu “Ən çılğın layihəm demokratiyadır” başlığı ilə “Twitter”də video paylaşıb.

AKP-nin sədr müavini Həmzə Dağ bildirib ki, bu, açıq-aşkar qanunsuzluqdur:

“Bu qanunsuz münasibətə qarşı millətimiz lazımi cavabı verəcək”./Axar/