Kılıçdaroğlunu tənqid edən bələdiyyə sədri CHP-dən qovuldu

Türkiyənin Bolu şəhərinin bələdiyyə sədri Tanju Özcan müxalif Cümhuriyyət Xalq Partiyasından ixrac edilib.

Yenicag.az xəbər verir ki, qərar CHP-nin İntizam Komitəsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Tanju Özcan CHP sədri Kemal Kılıçdaroğlunu seçkilərdən sonra sərt tənqid edib.