Kılıçdaroğlunun prezidentliyə namizədliyi irəli sürüldü – HDP isə…

“Millət” koalisiyası Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

***

Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) prezident seçkilərində namizəd irəli sürməyəcək.

Bunu partiyanın həmsədri Pervin Buldan deyib.

O bildirib ki, HDP eyni tarixdə keçiriləcək parlament seçkilərinə qatılacaq.