Kilsələrdə partlayış: 9 ölü, 40 yaralı

İndoneziyanın Yava adasında yerləşən kilsələrdə partlayışlar törədilib.

Yenicag.az xəbər verir ki, eyni gündə baş verən partlayışlar nəticəsində azı 9 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

İlk partlayış yerli vaxtla səhər saat 07:15 radələrində Surabaya şəhərindəki “Müqəddəs Məryəm” katolik kilsəsinin yaxınlığında törədilib. Daha sonra 5 dəqiqə intervalla iki partlayış olub. İkinci partlayış Calan Diponeqoro şəhərindəki protestant kilsəsində, üçüncü partlayış Arcuno şəhərindəki kilsədə törədilib.

Partlayışları terrorçu kamikadzelər törədib. Kilsələrə hücum edənlər terrorçular dindarlar kimi geyinib və kilsələrdə dini ayin zamanı üzərlərindəki partlayıcı qurğunu işə salıblar.

Ölkənin qərb ərazisində də avtomobil partladılıb. Habelə məbədlərdən birində törədilən partlayışdan sonra bir neçə maşın və onlarla motosiklet yanıb.

Partlayışların hansı qüvvələr tərəfindən törədildiyi hələ məlum deyil.

COP29