!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kim bununla razılaşmırsa, Qarabağ məsələsi onlarlıq deyil” – Fəzail Ağamalı

!Reklam – Yazi

“Qarabağ Komitəsinin parçalanmasında hakimiyyəti günahlandırmaq absurddur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağ Komitəsindəki parçalanmada hakimiyyətin roluna dair iddialara münasibət bildirən millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının sözlərinə görə, işğal olunmuş torpaqlarımız heç vaxt siyasi ambisiyaların reallaşdırılması məkanına çevrilməməlidir:
“Qarabağ Komitəsinin parçalanmasını “hakimiyyətin oyunu” adlandıranların özləri Qarabağ məsələsi ətrafında öz oyunlarını qurmaq istəyirdilər, siyasi ambisiyalarını reallaşdırmağa çalışırdılar.

Bəlli oldu ki, Qarabağ Komitəsinin rəhbərliyindəki bir sıra şəxslər dünyada gedən prosesləri, Azərbaycanın dövlət maraqlarını, ölkə prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı qətiyyətli mövqeyini, ola bilər, bizə məlum olmayan başqa səbəbləri nəzərə alaraq, hakimiyyətin bu mitinqə icazə verməməsini anlayışla qəbul etdilər, bu da başa düşüləndir.

Kimsə bu mövqeni nəzərə almırsa, fikirlərində israr edərək radikal mövqe tutursa, hərəkətləri də buna uyğun oldu. İşğal olunmuş torpaqlarımız heç vaxt siyasi ambisiyaların reallaşdırılması məkanına çevrilməli deyil. Bu, mənim birmənalı mövqeyimdir.

İşğal altındakı torpaqlarımız hər birimizin dərdidir, Qarabağ problemi hər birimizin problemidir və biz bu məsələyə vətəndaş mövqeyindən yanaşmalıyıq. Çalışmalıyıq ki, bu məsələ ilə bağlı dövlətimizin, ölkə prezidentinin yanında olaq. Çünki prezidentin mövqeyi Azərbaycan xalqının və dövlətinin maraqlarını birmənalı şəkildə ifadə edir. Bunun da alternativi yoxdur.

Ona görə də, kim bununla razılaşmırsa, özü bilər, getsin, başqa işlərlə məşğul olsun, Qarabağ məsələsi onlarlıq deyil. Bu məsələni həll edən ölkənin Ali Baş Komandanıdır, ölkə prezidentidir. Azərbaycan xalqı və prezidentinin iradəsi isə vəhdət təşkil edir”.

A.Zeynalov

www.yenicag.az

2672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv