Kim Çen daha bir yüksək vəzifəlini edam etdi

kimjong-un_201505130853230y1Şimali Koreyada baş qərargah rəisi Li en Gil edam olunub.

Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb. Məlumata görə, edam keçən həftə həyata keçirilib. Yüksək rütbəli hərbçi korrupsiya və digər cinayətlərdə ittiham olunub.

Yayılan məlumat hələ təsdiqlənməyib. Lakin bu ehtimalı gücləndirən bir sıra faktlar mövcuddur. Belə ki, Şimalı Koreya KİV-ləri bundan öncə tez-tez ölkə lideri Kim Çen Inı hərbi hissələrə yoxlama gəzintiləri zamanı müşayiət edən Li en Gilin adını çəkməyi dayandırıblar. O, fevralın 7-də “Kvanmenson-4” peykinin uğurla buraxılması şərəfinə keçilən mərasimlərdə, həmçinin Pxenyanda keçirilən digər tədbirlərdə iştirak etməyib.

“Yonhap” agentliyinə məlumatı ötürən mənbə rəisin korrupsiyada günahlandırılmasının sadəcə ondan qurtulmaq üçün bir bəhanə olmasını da istisna etmir. “O, son zamanlarda partiya funksionerlərinin önəmli hərbi postlara təyin olunmasına etiraz edə və ya dövlət çevrilişi planlarında iştirak etmiş ola bilər”, – deyə agentlik bildirib.

Xatırladaq ki, ötən il Şimali Koreyada ölkənin müdafiə naziri Xen en Çxol edam olunub. Cənubi Koreya KİV-lərinin məlumatına əsasən, o, ölkə lideri Kim Çen Inın iştirak etdiyi hərbi paradda mürgülədiyinə görə xəyanətdə ittiham olunub.