Şimali Koreya prezidenti Kim Çen In Cənubi Koreya ilə bağlı növbəti addım ataraq iki ölkənin birləşməsini simvolizə edən abidəni söküb.
Yenicag.az xəbər verir ki, Kimin bu hərəkəti Cənubi Koreya ilə Qərb ölkələri arasında çağırış kimi şərh edilsə də, yanvarın 23-də çəkilmiş peyk fotoşəkilləri Şimali Koreyanın paytaxtı Pxenyanın mərkəzində dayanan abidənin yerində nəhəng bir çuxur olduğunu göstərib.
2001-ci ildə tikilən və üzərində iki qadın fiqurun əlində Koreya yarımadasının xəritəsini tutan birləşmə simvolu kimi tanınan abidənin sökülməsindən sonra bölgədə siyasi gərginliyin daha da artacağı təxmin edilir.