Kim Çen In: “KXDR yeni raket sınaqlarını keçirəcək”

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In alimlərə və texnoloqlara raket sahəsində yeni sınaqlara hazır olmaq göstərişi verib.

“Report”un məlumatına görə, bu barədə “TASS” “ÇTAK” agentliyinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, o, bununla bağlı “Hwasong-12” adlı raketin mayın 14-də keçirilmiş uğurlu sınağından sonra bildirib.

“Birləşmiş Ştatlar və onun vassalları düzgün seçim edənə qədər daha çox dəqiq və diversifikasiya edilmiş nüvə qurğularını, zərbə vasitələrini yaratmaq, həmçinin yeni sınaqlara hazırlaşmaq lazımdır” – deyə ölkə lideri qeyd edib.
KXDR-i güclü hərbi potensiala malik təmkinli nüvə dövləti adlandıran Kim Çeni In vurğulayıb ki, əgər ABŞ xalq respublikası ilə bağlı hərbi təxribatı həyata keçirməyə cəsarət etsə, Pxenyan ona cavab verməyə hazırdır.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası “Yer-yer” tipli orta mənzilli raketi sınaqdan keçirib. “Hwasong-12” adlı raketin sınağının uğurlu olub və o, 787 kilometr uçub. Bu, Şimali Koreyanın üzərində işlədiyi yeni tip raketdir.

Yeniçağ.Az

COP29