Kim Çen In: Nüvə düyməsi masamın üzərindədir

Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir.

Yenicag.az xəbər görə, bu barədə Şimali Koreya lideri Kim Çen In bildirib.

Kim Çen In KXDR-in milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırdığını bəyan edib.

“KXDR-lə müharibəyə can atan ABŞ-ı yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır”, – deyə Şimali Koreya lideri bildirib.

Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir.

“ABŞ-ın bütün ərazisi nüvə silahımızın əhatə dairəsindədir. Nüvə düyməsi isə masamın üzərindədir” – deyə o bildirib.

COP29