Kim Çen İn nüvə silahlarını hazır vəziyyətdə saxlamağı əmr etdi

Şimali Koreya lideri Kim Çen İn strateji qanadlı raketlərin sınaqdan çıxarılmasına nəzarət edib. O, həmçinin ölkənin ən effektiv müdafiəsini təmin edəcək nüvə silahından istifadə etməyə tam hazır olmağı əmr edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Korean Central News Agency” (KCNA) məlumat yayıb.

KİV-in məlumatına görə, KXDR-də qanadlı raketlərin son sınağı “təhlükəsizlik mühitini ciddi şəkildə pozan və qarşıdurmanın genişlənməsinə töhfə verən düşmənləri” xəbərdar etmək, həmçinin “KXDR-in müxtəlif nüvə əməliyyat imkanlarının hazır olduğunu” nümayiş etdirmək məqsədi daşıyır.