“Kim Çen İn öldürülsə, nüvə silahından istifadə olunacaq”

Şimali Koreyanın nüvə raketləri ölkə lideri Kim Çen İnin öldürülməsi halında avtomatik olaraq buraxılacaq.

Yenicag.az xəbər verir ki, “Politico” nəşrində dərc olunan məqaləyə görə, bu barədə KXDR-in nüvə siyasəti ilə bağlı yeni fərmanında göstərilib.

Bildirilib ki, düşmənin hücumu nəticəsində dövlətin nüvə komandanlığı və idarəetmə sisteminə təhlükə yaranarsa, onun qüvvələrini, o cümlədən təxribatın başlanğıc nöqtəsini məhv etmək üçün avtomatik və dərhal nüvə zərbəsi endiriləcək. /Unikal/

COP29