Reklam: High Technic
hightechnic

Kİm Çen In orduya döyüş əmri verdi

b81b92a51b6c5339764877eab7ed0483Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ordunun hücum üçün döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Televiziyası məlumat yayılıb. Ordu avqustun 21-də tam döyüş hazırlığı vəziyyətinə gətirilməlidir. Qərar Koreya Əmək Partiyasının Mərkəzi Hərbi Komitəsinin iclasında qəbul edilib.

Şimali Koreyanın bu addımına cavab olaraq Cənubi Koreya Müdafiə Nazirliyi Pxenyana istənilən hücumun ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı telefonoqram göndərib.

Qeyd edək ki, Şimali Koreya rəsmi Seula səsgücləndirici aparatlarla sərhəddə təbliğat aparılmasına son qoyulması ilə bağlı ultimatum göndərib. Əks halda, 48 saat ərzində qonşusuna hücum edəcəyini bildirib. Ötən gün tərəflər bir-birlərini artilleriya vasitəsilə atəşə tutublar. Cənubi Koreya hakimiyyət dairələri ərazidəki insanları təxliyyə edilib və ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Rusiya XİN hadisə ilə bağlı narahatlığını ifadə edib.

www.yenicag.az

42