Kim Çen In orduya müharibə hazırlığını sürətləndirməyi əmr edib.
Yenicag.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Nəşr yazır ki, Şimali Koreya lideri hərbi-sənaye kompleksinin və nüvə silahı istehsal edən müəssisələrin işinin gücləndirilməsinin zəruriliyini bəyan edib.
Onun sözlərinə görə, “ABŞ-nin görünməmiş qarşıdurma addımlarına qarşı çıxmaq” üçün hərbi əməliyyatlara hazırlığı sürətləndirmək lazımdır.
Xuraman Etibarlı