Kim Çen İn raket atdı, Yaponiya əhaliyə “sığınacaqlara gedin” çağırışı etdi

Şimali Koreya dünən bir sıra ballistik raketlərini sınaqdan keçirib. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, raketlərdən birinin atışı uğursuz olub və bu raketin qitələrarası ballistik raket (ICBM) olduğu düşünülür.

Yaponiya hökuməti ICBM-in atılması ehtimalı səbəbindən Yaponiyanın mərkəzi və şimalındakı bəzi ərazilərdə əhaliyə sığınacaqlara getmək çağırışı edib.

Hökumət tərəfindən raketin Yaponiya üzərindən keçdiyi barədə xəbərdarlıq edilsə də, sonradan bunun doğru olmadığı bildirilib.

Cənubi Koreya və Yaponiya rəsmiləri bildiriblər ki, raket Şimali Koreyanın ən uzun mənzilli silahı olan ICBM ola bilər.