!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kim Çen İnin “əkiz”i saxlanıldı

!Reklam – Yazi

Şimali Koreya lideri Kim Çen İnə bənzəyən Hovard  adlı şəxs saxlanılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın koreyalı həmkarı ilə 12 iyunda Sinqapurda keçirəcəyi görüşdən əvvəl qeyri-adi hadisə baş verib. Belə ki, Sinqapurun Xangi hava limanında Şimali Koreya liderinə bənzəyən şəxs saxlanılıb. Öz görünüşü ilə digər sərnişinləri də heyrətləndirən Hovard polisə hesabat verməli olub.

Sorğudan sonra azadlığa buraxılan Hovardın liderlərin görüşəcəyi ərazidən uzaq olması tələb edilib. O, yaşadığı hadisə barədə bunları deyib:

“Polis mənə siyasi fikirlərim və digər ölkələrdə aksiyalara qatılıb-qatılmamağım barədə suallar verdi. Onlara daha əvvəl belə bir fəaliyyətimin olmadığını söylədim və Sinqapurda heç bir problem yaratmayacağıma dair söz verdim”.

www.yenicag.az

1730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv