!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kim də olmasa, Tonoyan Azərbaycan ordusunun gücünü görüb” – Azərbaycanlı polkovnik

!Reklam – Yazi

“Ermənistan diaspora üzvlərindən yeni maliyyə yardımları qoparmaq üçün “müharibə” blefinə əl atıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni diasporunun təmsilçiləri ilə görüşündə Azərbaycanı yeni müharibə ilə təhdid etməsinə münasibət bildirən hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

Ramaldanovun sözlərinə görə, David Tonoyanın Nyu-Yorkda səsləndirdiyi “yeni müharibə, yeni ərazilər” mesajı erməni diasporundan maliyyə yardımı almaq üçün edilən ucuz gedişdir:
“Tonoyan hər halda, Azərbaycan və Ermənistan ordusunun real vəziyyətindən məlumatlıdır. Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsi qədərdir, insan ehtiyatlarına görə isə Azərbaycan Ermənistanı üç dəfə üstələyir.

Azərbaycan ən müasir silah və texnika almaq imkanındadır, Ermənistan isə yalnız ona verilən kreditlər hesabına müəyyən silahları əldə etmək məcburiyyətindədir. Ermənistan çağırışçı gənclərin ümidinə qaldığı halda, Azərbaycan Ordusunun yetmiş faizini peşəkarlar təşkil edir.

Mən Tonoyanın Nyu-Yorkda dilə gətirdiyi “Yeni müharibə, yeni ərazilər” fikrini faktik savaş elanı kimi qiymətləndirməyin əleyhinəyəm. Tonoyan kimdir ki, müharibə elan etsin…

Tonoyanın Nyu-Yorkda yeni müharibə haqqında danışmasının arxasında dayanan diaspor üzvlərindən maliyyə yardımı qoparmaqdır. Bunun üçünsə cəlbedici ifadələr işlətmək lazım gəlir. Ancaq kim də olmasa, Tonoyan Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücünü görüb və onu unutmayıb.

Mən hərbi ekspert olaraq, emosionallıqdan uzaq, tam soyuqqanlı şəkildə apardığım təhlillərə əsaslanaraq, qətiyyətlə deyirəm ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edər. Dünya ordularının reytinqində Azərbaycanın Ermənistanı otuz pillə qabaqlaması da vəziyyəti aydın göstərir.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Ordumuza tam güvənir, onun daha da güclənməsi üçün lazım olan bütün addımları atır. Cənab prezident də çıxışlarının birində bəyan etdi ki, əgər Azərbaycan və Ermənistan orduları təkbətək müharibədə üz üzə gəlsə, düşmən ordusunu darmadağın edərik. Bu fikir reallığa tam uyğundur”.

A.Zeynalov

www.yenicag.az

4807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv