Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Kim günahkardısa, ciddi şəkildə cəzalanacaq" - Fariz Nəcəfov

Reklam: High Technic

“Qəbələ” Topaz Premyer Liqasının 6-cı turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldi.

Yenicag.az xəbər verir ki, oyundan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb. O, öncə komandanın iki üzvü – Stiven Jozef Monroz və Ruslan Qurbanov arasında baş verən qalmaqala münasibət bildirib:

– Bu, xoşagəlməz haldı. Mən şəxsən bunu qəbul edə bilmirəm. Komanda yoldaşları belə kobud rəftar edə bilməzlər. Araşdırılacaq və kim günahkardısa, ciddi şəkildə cəzalanacaq. Başqa cür mümkün də deyil. Bu, baş məşqçi və futbolçu arasında olan məsələ deyil. Birbaşa klubun imicidi.

– Oyun baxımından sizi narazı salan daha çox nədi?
– Bu məşqçiyə aid olan məslələrdi. Ancaq mənim istədiyim kimi top saxlamırıq. Bu gün çox imkan əldə etdik, amma 2 dəfə fərqləndik, müdafiədə çox səhv etdik. Məşqçimiz səhvləri bilir. Mən bir şeyi növbəti dəfə vurğulamaq istəyirəm: çempionatda limit dəyişdirilməlidi. Yerli oyunçu baxımından əziyyət çəkirik. Nəticə qazana bilmirik deyə demirəm. Məsələyə ümumi baxıram. Çempionatda “Qarabağ”dan başqa hamı bu problemlə üzləşir. Yəqin ki, “Qarabağ” bu məslədə daha yaxşı iş görüb. Bunu etiraf etmək lazımdı. Biz də etmək istəyirik, ancaq alınmır. Yerli futbolçu demək olar ki, yoxdu.

– Ramin Musayevlə matçı birgə izlədiniz. Onunla bu məsələdə danışdınız?
– O, fikirlərimlə tam razıdı. Özündən də soruşa bilərsiniz. Bu məsələni qaldırmaq lazımdı ki, növbəti mövsüm bunu azaldaq. Demirik ki, birdəfəlik limit ləğv olunsun. Start heyətdə 5 deyil, 3 azərbaycanlı olsun. Ancaq süni inkişafla uğur olmaz. Limit üçə endirilsə, futbolçular arasında da rəqabət yüksək olacaq.

– Komandada maliyyə durumunun zəiflədiyi və maaşların verilmədiyi xəbərləri dolaşır…
– Siz bunu hardan eşitmisiz? Bu, normal haldı. Bir az gecikmə oldu. Artıq məvaciblər verilib. Hər şey qaydasındadı. Komandada ab-hava yaxşıdı.

www.yenicag.az

674
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM