“Kim milyonçu olmaq istəyir” yarışmasından tanınan Simay Atlı da Türkiyədə baş verən zəlzələdə həlak olub.
Yenicag.az xəbər verir ki, psixologiya fakültəsində oxuyan 21 yaşındaki Atlı Kahramanmaraşda yaşayırdı. Anası ilə birlikdə dağıntılar altında qalan Simayın cansız bədəni tapılıb.
Simay yarışmada 5 min lirə dəyərindəki dördüncü sualda yarışmanı tərk etmişdi. Onun proqramın aparıcısı Kenan İmirzalıoğlu ilə söhbəti gündəm olmuşdu.