“Kim, niyə zəhərləyib, bilmədim, şübhələrim var” – Vüqar Biləcərinin sevgilisi danışdı

“Qanqrena idi, ayağını kəsərdilər, qanını yuyardılar”.

Yenicag.az xəbər verir ki,  bunu meyxanaçı Vüqar Biləcərinin ölümündən danışan sevgilisi Samirə Zeynalova deyib. Onun sözlərinə görə, meyxanaçının ölümünün əsl səbəbi naməlumdur:

“Mən hələ inanmıram ki, o rəhmətə gedib. Yenə də onu axtarıram. Gedirəm, qəbri ilə söhbət edirəm. Ölümündən 4-5 ay qabaq görüşüb, danışdıq. Mənə dedi ki, əgər hansımız tez rəhmətə getsək, yuxumuza gələk, xəbər edək ki, haradayıq, necəyik. Avqustun əvvəlində görüşdük, hər şey qaydasında idi. Xəstə deyildi, heç yeri ağrımırdı. Dedilər, qanqrenadır. İndi hansı zəmanədir. Birinin başını kəsib, başqasının bədəninə qoyanda yaşayır. Qanqrena idi, ayağını kəsərdilər, qanını yuyardılar. Axı kasıb adam da deyildi. Dedilər, zəhərlənib. Kim, niyə zəhərləyib, bilmədim. Qardaşına dedim ki, gəl şikayət edək, araşdırılsın. Dedi, Allahın məhkəməsinə buraxaq. Məndən yaşca balaca olsa da, Vüqardan sonra sözü kecən adamdı. Nə deyə bilərəm?!

Mənim şübhələrim var. Zamanı gələndə əlbəttə, mən bunun iddiasını qaldıracam. Diaqnoz qanqrena oldu. Mən heç vaxt buna inanmayacam. Belə şey ola bilməz. Ölümündən on gün əvvəl əsəblərini sakitləşdirmək üçün xəstəxanada yatıb. İldə 1-2 dəfə müalicə alardı və həmişə yanında mən qalardım. Münasibətlərimiz soyuq olduğuna görə, bu dəfə yanında mən qalmadım. Əsəblərini sakitləşdirmək üçün müalicə alırdı, nə qanqrena? Qanqrena olsa, gəzəndə axsamaz? Əgər, orada gördülərsə, niyə müalicə eləmədilər? Ayın 19- u evə gəlib, avqustun 29-da rəhmətə gedib. Bu hansı qanqrenadı on günün içində öldürdü?”.

 

COP29