“Dərmanlar çox bahadır. Yarısını almışam, yarısını almağa hələ imkanım yoxdur…”
Bunu tanınmış qəzəlxan Mahir Cürət Yenicag.az-a açıqlamasında deyib.
O, xəstəxanadan evə buraxıldığını desə də, həkim nəzarəti altında müalicəsini davam etdirdiyini bildirib:
“A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə olundum. Ayaqlarımdakı problem nisbətən yaxşılaşıb. Qaraciyərimdə problemlər var, yenidən analizlər vermişəm. Cavabı gözləyirəm. Həkimlər bildirib ki, ciddi müalicə almalıyam. Dava-dərman yazıblar, elə bildim ucuzdur, 500 manata yaxın pul tutdu. Yarısını aldım, yarısını almağa gücüm çatmadı. Gedib kiməsə ağız açan deyiləm ki, gətirin mənə pul verin, dərman alım. Heç vaxt bunu özümə sığışdırmaram. Sağ olsun dostlarım – Ağamirzə, tələbəm Balabəy, bir də Namiq Qaraçuxurlu kömək edir. Amma başqaları quru zəng də edib maraqlanmır. Mənəvi dəstək mənim üçün çox önəmlidir”.
Cəvahir