!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kiminsə 20 min dollar kredit borcu varsa...” – Fazil Mustafa

!Reklam – Yazi

“Digər böyük kreditlərə də güzəştlərin tətbiq edilməsi mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hökumətin problemli kreditlərə tətbiq edəcəyi mümkün güzəştlərdən danışan millət vəkili Fazil Mustafa deyib.

Fazil Mustafa bu məsələdə ilk növbədə aztəminatlı ailələrin probleminin həllinə diqqət yetiriləcəyini bildirib:

“Burada güzəşt variantı ödəmələrin ya devalvasiyadan əvvəlki məzənnəyə – 1 dollar = 1,05 manat – qayıdışı, yaxud da kredit faizlərinin ləğvi formasında ola bilər. Ən optimal variantlardan biri də dollar kreditlərinin 1 dollar = 1 manat kursu ilə ödənilməsidir.

 

Hələlik hansı variantın seçiləcəyi dəqiq məlum olmasa da, bildiyim qədər, vətəndaşları qane edəcək uyğun bir format tapılıb və yəqin ki, o da tətbiq ediləcək.

 

Digər tərəfdən, problemli kreditlərə tətbiq olunacaq güzəştlərə də hədd qoyulacaq. Çünki iri həcmli kreditlərə güzəşt edilməsi böyük yük olar.

 

Güzəştlərə gəldikdə, əlbəttə ki aztəminatlı ailələrin kredit problemlərinin həllini nəzərdə tutan addımlar var. Yəni kiminsə 10-20 min dollar həcmində borcu varsa, o təbəqənin vəziyyətinin yüngülləşdirilməsi barədə düşünülə bilər. Amma digər böyük kreditlərə də güzəştlərin tətbiq edilməsi mümkündür”.

Qeyd edək ki, prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı fevralın 25-də keçirdiyi müşavirədə əhalinin kredit probleminin həll olunacağını bəyan edib:

“Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”.

A.Zeynalov

www.yenicag.az

4137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv